"Tacirlə Vidadi Bərdəlidən görüb götürmüşəm" - Manaf Ağayevdən etiraf
Tarix: 15-10-2018, 15:58



Müğənni Manaf Ağayev Tolikin aparıcısı olduğu "Hər şey daxil" verilişində Tacir Şahmalıoğlu və mərhum həmkarı Vidadi Bərdəli barədə maraqlı fikirlər səsləndirib.

UlduzumSan.Az ölkə.az-a istinadən xəbər verir ki, Ağayev bir çox sənətçilərin edə bilməyəcəyi etirafı edib:

"Bizim janrda oxuyan iki nəfər var ki, əksəriyyətimiz məhz onlardan görüb götürmüşük. Bunlardan biri rəhmətlik Vidadi Bərdəlidir, digəri Tacir Şahmalıoğlu. Hər zaman bu iki sənətkardan nəsə götürməyə, bəhrələnməyə çalışmışıq. Onların sənətini danmaq olmaz".

Qeyd edək ki, növbəti həftə Tacir Şahmalıoğlu və Manaf Ağayev "Hər şey daxil"də üz-üzə gələcək.

Paylaş: