“8 uşaq atasız böyümüşük” — Əməkdar artist
Tarix: 15-10-2018, 14:48


ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı əməkdar artist Zakir Əliyev olub.
“Ölkə.Az” xəbər verir ki, əməkdar artist cavan yaşlarında atasını itirdiyindən söz açıb:
“Atam yox, anam var idi. Atam mən 13 yaşında olanda rəhmətə gedib. Mən böyük qardaşımgildə qalırdım. O, Bakıda olurdu. Atasız 8 uşaq böyümüşük. Allah bizim hamımızı yerbəyer edib. Bizdə sənət adamı olmayıb. Qardaşım 8 nömrəli internat evində tar dərsinə gedib. Amma sonra sənətini davam etdirməyib. ”.


Paylaş: