Nəsrin Cavadzadə Kanna gedir
Tarix: 15-10-2018, 11:32



Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Fransaya gedir.  “Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, aktrisa Kannda keçiriləcək MIPCOM media sərgisində iştirak edəcək. 
Sərgi 15-18 oktyabr tarixlərində baş tutacaq. Nəsrin Kanna rol aldığı “Bizim Hikaye” serialının baş prodüseri Fatih Aksoyla birgə gedəcək. Cavadzadə orada bir çox məşhur rejissor və prodüserlərlə görüşəcək. 




Paylaş: