Berkay Ardadan 1 milyon istəyir
Tarix: 15-10-2018, 11:02



Ötən həftə Arda Turan tərəfindən hücuma məruz qalan müğənni Berkay 14 konsertini təxirə salmağa məcbur olub. 
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir konsert üçün 70 min TL pul alan ifaçı futbolçunu məhkəməyə verməyə hazırlaşır. 
Sənətçənin menecerliyini həyata keçirən şirkət 1 milyon lirə ziyana düşdüklərini qeyd ediblər. Onlar bunun üçün Ardadan həmin miqdarda təzminat tələb etdiklərini bildiriblər. 
Hüquqşunaslar isə Ardanın Berkaya yumruq ataraq burnunu qırdığı üçün 3 ildən 11 ilədək həbs cəzası ala biləcəyini qeyd ediblər. 

Paylaş: