Əməkdar artist "məşhəd"i oldu
Tarix: 15-10-2018, 10:24



Əməkdar artist Səlim Abbasov İrana gedib.
Open.az xəbər verir ki, skripka ifaçısı müsəlmanların müqəddəs şəhərlərindən olan Məşhədə yollanıb. O, bu haqda “Facebook” hesabında məlumat verib:
“İmam Rzanın hərəmini ziyarət edib, "məşhəd"i adını qazanmaq mənə də qismət oldu. Allah sizlərə qismət eləsin. Sizlər üçün dualar etdim. İnanın ki, İmam Rzanın hərəmini qucaqlayıb, göz yaşı tökmək hər insana nəsib olmur. Allah xəstələrin şəfasını versin”.


Əməkdar artist məşhəd
Əməkdar artist məşhəd

Paylaş: