İki küsülü əməkdar artist barışdı
Tarix: 15-10-2018, 10:13



Küsülü Əməkdar artistlər Tünzalə Ağayeva və Manana Caparidze barışıb.  “Qafqazinfo” xəbər verir ki, bu barədə “ATV maqazin onlarla” proqramında məlumat verilib. 
T. Ağayeva açıqlamasında bildirib ki, o, həmkarı ilə münsif olduğu “Səs Azərbaycan”da küsüb: “Barışın, sülhün tərəfdarıyam. Hər kəs öz səhvini görməlidir. Münsif olduğumuz müsabiqədə xoşagəlməz və ucuz bir hadisə baş vermişdi. Bu barədə danışmaq istəmirəm. Manana səhv başa düşdüyünü anladı, qapım hər zaman belə şeylərə açıqdır. Manana özü gözəl sənətkar və anadır”. 
Tünzalə Ağayeva daha sonra küsülü olduğu həmkarları- xalq artistləri Faiq Ağayev və Aygün Kazımova ilə barışmayacağını qeyd edib: "Yox, heç onlardan danışmayım. Çünki barışmağa layiq olmaq lazımdır". 
 



Paylaş: