Sevda Faiq Ağayevdən bu cür üzr istədi
Tarix: 13-10-2018, 13:17



Ötən gün müğənni Sevda Yahyayeva “X maqazin” verilişində həmkarı Zamiq Hüseynovu “Mega star” adlandırmışdı. 
 
Primetime.az xəbər verir ki, xalq artisti Faiq Ağayev isə “Sevda yəqin ki, sualın məğzini düzgün anlamayıb. Zamiq Azərbaycanın çox keyfiyyətli müğənnisidir” sözlərini deyib.
 
Bir müddət sonra isə S.Yahyayeva sosial şəbəkədə xalq artistinin şəklini izləyiciləri ilə bölüşərək:
 
“Hər dövrün “Meqa star”ı. Mən sizi çox sevirəm. Mən bunu hər yerdə özəlliklə vurğulayıram”.
 
Qeyd edək ki, müğənni sözügedən paylaşımda şərh bölməsini deaktiv edib.



Paylaş: