Niyam bağ evində işləyən usta ilə dalaşdı
Tarix: 13-10-2018, 12:48



ATV-də yayımlanan “Zaurla Günaydın” verilişində müğənni Niyam Salaminin bağ evi göstərilib.
Open.az xəbər verir ki, verilişdə qonaq olan Niyam bağını başdan-ayağa özünün dizayn etdiyini bildirib.
O, gülləri, ağacları çox sevdiyini və buna görə bağ evini tikən ustayla dalaşdığını söyləyib:
"Mən onlara çox bağlıyam. Adicə 5 ay Türkiyədə oldum, güllərim artıq solurdu. Usta evi tikəndə dedi ki, ola bilər bu ağac kəsilsin. O ağac olmasa öləcəyimi bildirdim".


Azərbaycanlı müğənninin dəbdəbəli bağı – FOTO

Paylaş: