Alla ucuz marketdən bazarlıq etdi - Hamı ondan danışdı
Tarix: 12-10-2018, 11:54



Rusiyanın xalq artisti Alla Puqaçevanın ucuz marketlər şəbəkəsindən bazarlıq etməsi müzakirələrə səbəb olub.  “Qafqazinfo” xəbər verir ki, Moskavada kasıb insanlar üçün nəzərdə tutulan mağazada olub. 
Oğlu Qarri ilə alış-veriş edən sənətçinin şəklini bir nəfər çəkərək instaqramda yayıb. Kifayət qədər sərvəti olan “Primadonna”nın bu addımı marağa səbəb olub. 
Məsələyə instaqramda ifaçının əri Maksim Qalkin də reaksiya verib.  “Dünən Alla və Qarrinin şəklini kimsə çəkib. Fanatları da öz səhifələrində paylaşmağa başlayıblar. Arvadım hara getsə, onun barədə foto-hesabat hazırlayırlar.  Onların sayəsində xəbərsiz qalmayacam” -deyə Qalkin bildirib. 




Paylaş: