Arda Turana HƏBS ŞOKU
Tarix: 12-10-2018, 11:49



Türkiyəli vəkil Alper Sarıca bildirib ki, müğənni Berkayın burnunu sındırması xəbərləri ilə gündəmə gələn Arda Turan 5 ildən 15 il 6 aya qədər həbs cəzası ala bilər.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkil hadisə ilə bağlı araşdırmaların davam etdiyini və əgər deyilənlər doğru olarsa, Arda Turan həbsxanaya girə bilər deyib.
Arda Turanın əyləncə məkanında müğənni Berkayın həyat yoldaşı Özlem Ada Şahinə sataşdıqdan sonra qoluna toxunması və fiziki təmasın olmasından dolayı Türk Cəza Qanununun 102/1-2. cümləsinə əsasən bu, zorakılıq və cinsi təcavüz cinayət hesab olunur. Bu əmələ görə, futbolçu 2 ildən 5 ilə qədər həbs cəzasına məhkum edilə bilər. Cinayətin araşdırılması Berkayın həyat yoldaşı Özlem Ada Şahinin şikayət etməsinə bağlıdır.
Arda Turanın bu hadisənin ardından yumruq ataraq Berkayın burnunu sındırması və sınığın həyat funksiyalarına təsirinə görə, Türk Cəza Qanunu bu əməli törədənin 86/1 və 87/3 maddələri üzrə 1 il 6 aydan, 4 il 6 aya qədər cəzalandırılmasını tələb edir. Əgər Ardanın vurdğu zərbə nəticəsində Berkayın duyğularından birinin funksiyası zəifləyər və ya üzündə iz qalarsa, veriləcək cəzanın 1 dəfə artırılacağı da qanunda yazılıb.
Həmçinin Arda Turanın silahla xəstəxanada atəş açması iddiası doğru olarsa, ictimai təhlükəsizliyi pozmaq cinayəti ilə 6 aydan 3 ilə qədər həbs cəzası tələb oluna bilər. Futbolçunun hadisədə istifadə etdiyi iddia edilən silahın qanunsuz olduğu ortaya çıxarsa, 6136 saylı Qanunun 13-ci maddəsinə əsasən barəsində 1 ildən 3 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırılacaq.

Paylaş: