Elgiz Kərim və Oqtayla bağlı tənqidlərə cavab verdi
Tarix: 12-10-2018, 11:26



Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov aparıcı Elçin Əlibəyli ilə bağlı şok açıqlama verib. 

BiG.AZ-ın məlumatına görə, ifaçı "Səhər-səhər" verilişində danışan zaman Əlibəylinin qardaşı Oqtay Əliyev də proqramda qonaq olub. 

Onun sözləri sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir çoxları aparıcı Elgiz Əkbərin iki qardaş arasında qalmaqal yaratdığını yazıb. Elgiz söz-söhbətlərə cavab verərək bunları bildirib:

"Qulaqlarımı tutdum. Niyə? Çünki bezdim. Bir daha söyləmək istəyirəm ki, Kərim müstəqin insandır. Onun söylədikləri subyektiv fikridir. Oqtay Əliyev verilişə Kərim çıxış edəndən sonra qatıldı. Təbii ki, deyiləndən xəbərsiz idi. Bu qədər. Bəziləri iki qardaşın arasına girməsin. Günahdır".

Qeyd edək ki, Kərim Əlibəyli ilə bağlı bunları demişdi:

“Həyatımda 3 nəfərə halallıq verməyəcəm, onlardan biri də Elçin Əlibəylidir. Axirətdə 2 əlim onun yaxasında olacaq. Allah da mənə desə ki, ona halallıq ver, mən halallıq vermərəm. Onun yıxdığı evi heç kim yıxmayıb. O mənə elə bir tələ qurmuşdu ki, vaxt gələr öz canından çəkər. Onsuz da çəkir. Oxuyub prokuror ola bilərsən, jurnalist ola bilərsən, amma həyatda insan olmaq lazımdır. Öz reytinqinə xatir kimisə bədbəxt edə bilmərsən.
Elçin Əlibəyli, sən insan kimi pis insansan. İnsanlıq məktəbi olsaydı, birinci onu göndərərdim. Mən hələ ki, susuram. Öz verilişində mənə qarşı elə bir oyun qurmuşdu ki, məni çırpdı yerə. Mən Elçinə görə 1 il İstanbulda yaşadım. Elçin, mən sağ qalsam, sən ölsən, molla deyəndəki haqqınızı halal edin, deyəcəm ki, haram xoşu olsun”.



Paylaş: