Berenin Kənana 40 yaş hədiyyəsi
Tarix: 12-10-2018, 10:31



Türkiyənin pop ulduzu Kənan Doğulu instaqramda izləyicilərinin suallarını cavablandırıb.  “Qafqazinfo” xəbər verir ki, müğənni sosial şəbəkədə “Boş sayfa” adlı mahnısına çəkdirdiyi klipdən danışıb. 
Kənan layihədə yer alan avtomobilin  xanımı Beren Saat tərəfindən ona hədiyyə olunduğu bildirib: “Maşın “Oldsmobile Delta 88” markalıdır, çıxış tarixi 1972-ci ildir. Öz maşınımızdır. Berenin mənə 40 yaş hədiyyəsidir”. 
Bundan əlavə, sənətçi klipinin  Kaliforniyada dostu Benjamin Kutsko tərəfindən lentə alındığını qeyd edib. 








Paylaş: