Modeli sükan arxasında güllələdilər
Tarix: 12-10-2018, 08:51



Model avtomobil idarə edərkən güllələnib.ABŞ-da 28 yaşlı model sükan arxasında olarkən güllələnib, nəticədə yolda zəncirvari qəza baş verib.
Kelsi Kveyl boynundan güllə yarası alıb.
Onun idarə etdiyi avtomobil yolun əks istiqamətinə dönüb və nəticədə daha üç avtomobillə toqquşub.
Polis ehtimal edir ki, Kveyl yolda digər sürücü ilə mübahisə edib. Həmçinin qadının atışma nəticəsində təsadüfən güllə yarası aldığı versiyası nəzərdən keçirilir.(oxu.az)

Paylaş: