Həyat yoldaşı müğənninin xanımına sataşan Ardanı müdafiə etdi
Tarix: 11-10-2018, 09:53



Ötən gün türk futbolçu Arda Turanın müğənni Berkayın həyat yoldaşına sataşdıqdan sonra onunla dalaşması hələ də gündəmi zəbt edib.
Open.az xəbər verir ki, baş verən hadisələr haqda futbolçunun həyat yoldaşı açıqlama verib. O, bu haqda “İnstagram” hesabında danışıb:
“Heç bir üçüncü şəxs ailəmizə zərər vura bilməz. Heç kimin belə qüdrəti yoxdur. Yaşadıqları ilə daima yetkinləşmiş insan, uşaqlıqdan bəri gözəl ailədə böyüyən övlad, düşünüləndən güclü bir qadın və ən əsası ana olmağa hazırlaşan bir insan kimi bunları yazıram. Münasibətimizin ilk günündən bu günə qədər çox mənasız mövzular qarşıma çıxdı. Məni həzm etməyi bacarmayan, xoşbəxt olmayan insanlarla rastlaşmışam”.


Berkayın həyat yoldaşına sataşan Ardanı həyat yoldaşı müdafiə etdi
Berkayın həyat yoldaşına sataşan Ardanı həyat yoldaşı müdafiə etdi


Paylaş: