Kamran Həsənlinin vəkili danışdı: "Samir Piriyev özünü gündəmə gətirmək üçün..."
Tarix: 7-08-2017, 14:52


Müğənni Samir Piriyevlə şoumen Kamran Həsənli arasındakı qalmaqal yenidən alovlanıb. 

BiG.AZ xəbər verir ki, Yeniçağ.Az saytına açıqlama verən Samir Piriyev Kamran Həsənli və onun bacısının ölkədən çıxışına qadağa qoyulması ilə bağlı danışıb. 

Lakin qarşı tərəf bu iddialarla razılaşmayıb və bunu ağ yalan adlandırıb. 

Bu barədə BiG.Az -a danışan şoumen Kamran Həsənlinin vəkili Türkel Süleymanlı bu kimi açıqlamalarla Samir Piriyevin gündəmə gəldiyini, reklam qazandığını və bunun ağ yalan olduğunu bildirib: "Samir Piriyev bu açıqlamalarla ayda bir dəfə, həftədə bir dəfə özünü gündəmdə saxlayır. Bir müddət öncə də istintaq orqanlarını aldatdığını biz isbat etdik. O ki, qaldı Kamranın və onun bacısının ölkədən çıxışına qadağa qoyulmasına bu da həqiqəti əks etdirmir. Çünki mən onun vəkiliyəm və heç bir rəsmi qaydada Kamran Həsənliyə qadağa tətbiq edilməyib. Hər kəs ölkədən çıxanda ona qadağası olması barədə məlumat verilir, xəbərdarlıq edilir və ona imza atdırılır. Kamranla bağlı belə bir hal yaşanmayıb, ölkədən çıxışına rəsmi qaydada heç bir qadağa yoxdur. Bacısı Gülər də tez-tez ölkədən çıxıb geri qayıdır. Heç bir problem yoxdur. Əgər qeyri-rəsmi qaydada nəsə olubsa, şikayət edilibsə bunu da biz araşdıracağıq və əks hüquqi tədbir görəcəyik". 

Paylaş: