Məşhurlar “Retro Bakı” layihəsində
Tarix: 7-08-2017, 14:22


Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” konsertləri ötən həftə sonu paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb.
Ulduzumsan.Az-ın məlumatına görə, tanınmış estrada mügənniləri əməkdar artist Lalə Məmmədova, Niyam Salami, Çinarə Bəkirova, Şəbnəm Qəhrəmanova, Türkan Vəlizadə, Mir Fərhad Həbibi, Səbinə Əskərova, Vüsal Hacıyev, Könül Şıxaliyeva, Ayaz Babayev, İlqar Sadıqov, Aida Feyziyeva, Şəhanə Rzayeva, Samir Cabbarov, Aksayla Smirnova, Naili İmran, Anar Rəhimli, Həmidə Hüseyn, rəqqasə Səbinə İsmayılova və “Megas” qrupu öz çıxışları ilə tamaşaçıların könüllərini oxşayıblar.
Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. “Retro Bakı” sentyabırın 15-dək hər həftə sonu axsham saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə sizlərin görüşünə gələcək.

Paylaş: