"Orasını-burasını qucaqladım, gördüm arıqlayıb"
Tarix: 7-08-2017, 14:20


Xalq artisti Faiq Ağayev illər əvvəl qalmaqal yaşadığı həmkarı Aygündən danışıb. 

Axşam.az-ın məlumatına görə, “ATV maqazin onlarla”ya açıqlama verən müğənni Aygünün bununla bağlı peşmançılığını dilə gətirməsini alqışlayıb: 

“Aygünü 2 ay bundan qabaq görmüşəm. Gen paltarda idi. Orasını-burasını qucaqladım, gördüm arıqlayıb. Canı yanmış, yenə qəşəngdir. F.A. – Faiq, Aygün deməkdir. Bizimki eşq hekayəsi deyil. Biz dost, həmkar kimi bir-birimizi istəyirik. Bacı qardaşla hansısa məsələyə görə mübahisəyə girir. Belə alındı ki, bu yükü 30 il çiynimizdə daşıdıq. Təbii ki, Aygünlə aramızda qalmaqal da, mübahisə də olub. Amma o, həyatındakı 2 böyük peşmançılıq barədə mənə söylədi. Dedi ki, “Mən böyük səhv elədim ki, səninlə vaxtilə qalmaqala girdim”. Bunu etiraf edib, mənim bəsimdir. Ona görə, Aygünü sevirəm”.

Paylaş: