Əməkdar artist həyat yoldaşını belə təbrik etdi
Tarix: 10-10-2018, 09:50



Əməkdar artist, müğənni Miri Yusif “instagram”da həyat yoldaşı Nərgizlə fotosunu paylaşıb.
Open.az xəbər verir ki, ifaçı həyat yoldaşı ilə evliliklərinin 10 illiklərini qeyd etdiklərini bildirib.
O, sözügedən şəkli belə şərh edib: “Bu gün 10 ilimiz tamam oldu. Bu 10 ilin tamamı deyil, səninlə uzun bir ömrün başlanğıcıdır, Nərgizim”.
Qeyd edək ki, cütlüyün 3 övladı var.




Paylaş: