İki məşhur əlbəyaxa dava etdi - Aktyor müğənninin üzünə siqaret atdı
Tarix: 10-10-2018, 08:44



Müğənni Sinan Akçıl və aktyor Sermiyan Midyat bir məkanın açılış gecəsində əlbəyaxa dava edib.
Open.az Milliyyet.com-a istinadən xəbər verir ki, Hollivud ulduzu Kristanna Lokenın ad günü partisi üçün məkana gələn Sermiyan Midyat və Sinan Akçıl, jurnalistlərin içəri girməsi ilə bağlı mübahisə etməyə başlayıb.
Kameralardan narahat olan Sermiyan Midyat, "Bunları içəri kim buraxıb, tez çölə çıxarın" deyərək müxbirləri təhqir etməyə başlayıb. Bu zaman vəziyyətə müdaxilə edən müğənni Sinan Akçıl aktyorun qəfil hücumuyla qarşılaşıb. Sermiyan Midyat əlindəki siqareti Sinan Akçılın üzünə ataraq ona hücum edib. Mühafizəçilərin müdaxiləsiylə hər iki sənətçi məkandan kənarlaşdırılıb.

Paylaş: