Zöhrə Abdullayeva: "Yaram köz bağlamır"
Tarix: 9-10-2018, 15:11



Əməkdar artist Zöhrə Abdullayeva səhnəyə çıxmağa hazır olmadığını deyib. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin biri ilə əlaqə saxlayaraq, bildirib: "Övladı şəhid və xəstəlikdən ölən analar var. Övlad dərdi elə dərddir ki, bütün problemləri üstələyir. Allah övladını erkən yaşda itirən analara səbr versin. Amma mənim səbrim daha qalmayıb. Səsim üçün darıxan və yaralı qəlbimi alan tamaşaçılara Allah heç vaxt dərd-bəla göstərməsin. Azərbaycan xalqı heç vaxt faciə ilə üzləşməsin.
Onu da xüsusi ilə qeyd edim ki, hələ mən efirə çıxmağa hazır deyiləm. Yaram köz bağlamır. Tamaşaçılar da təşəkkür edirəm ki, məni yaddan çıxarmırlar".
Qeyd edək ki, Z.Abdullayevanın oğlu uzun sürən beyin xərçəngindən dünyasını dəyişib.



Paylaş: