"Murad Arifin dırnağının bildiyini onların başa bilmir"
Tarix: 8-10-2018, 15:08



Müğənni Murad Arifin yayın hitinə çevrilən “Oppalara” mahnısı “Youtube”da 10 milyon baxış toplayıb.
Open.az xəbər verir ki, Murad yay ayında klip təqdim edən digər həmkarlarını kölgədə qoyaraq qazandığı bu uğur haqda sosial şəbəkədə məlumat verib:
“Artırmasız, saxtalaşdırılmamış, təbii 10 milyon baxış! Rəqəmlər mənim üçün önəmli olmayıb, olmayacaq da! Əsas odur ki, şapalaqla üz qızartmırıq. Bizi pis tərəfə müzakirə edənləri boş verin. Murad Arifin dırnağının bildiyini onların başa bilmir. Zövqdən, səviyyədən danışanların da axırını gördük, güldük, keçdik. Biz işimizlə cavab veririk”.

Paylaş: