Günay sevgilisi ilə fotosunu paylaşdı
Tarix: 8-10-2018, 13:06



Türkiyədə yaşayan model Günay Musayeva sevgilisi ilə fotosunu paylaşıb. 

Axşam.az-ın məlumatına görə, model iş adamı Taha Tatlıcı ilə eşq yaşayır. Günay birlikdə şəkillərini İnstaqramda "story" hissəsinə yerləşdirib və daha sonra silib. 

Qeyd edək ki, cütlük 3 aydır birlikdədir. Onların münasibəti haqda Türkiyə mediası xəbər yaymışdı. Günay Nyu-York Moda Həftəsi üçün Amerikaya gedərkən də sevgilisi onu tək qoymamışdı. 

Xatırladaq ki, Musayeva aktyor Tolqa Karellə ailəli olub. Onun bu nikahdan Cahangir adlı oğlu dünyaya gəlib.

Günay sevgilisi ilə fotosunu paylaşdı
Günay sevgilisi ilə fotosunu paylaşdı

Paylaş: