Qəndab Quliyevanın həyat yoldaşı: “Bir kişi kimi əziyyət çəkirəm”
Tarix: 8-10-2018, 11:52



Həyat yoldaşı mərhum sənətkara olan laqeydlikdən gileylənir.“Qəndab xanım dünyasını dəyişən gündən bu evə heç kim zəng etməyib, bu ailə ilə heç kim maraqlanmayıb”.
Bunu AzNews.az-a açıqlamasında mərhum sənətkar, xalq artisti Qəndab Quliyevanın həyat yoldaşı Eldar Rəfiyev deyib. Onun sözlərinə görə, mərhum sənətkara qarşı olan laqeyidlik onu ruhdan salır:
“Zəmanə çətindir, böyük sənətkarlar yada düşmür. Hər halda, Qəndab xanımı yada salmaq lazım idi. Bu müddət ərzində bir kəs onun qəbrini ziyarət etməyib. Sənətkarları sənət dostları yada salmırsa, tələbələri hardan yada salacaq? Gərək böyük maraqlansın ki, kiçik də ondan ibrət götürsün. Qəndab xanıma olan laqeydlik mənə təsir edir. Nə doğum, nə də anım günlərində bir dəfə adını tutan olmayıb. İngilisi, italyanı yada salırlar, onların mahnılarını verirlər, amma bu boyda sənətkarı xatırlamırlar”.
Eldar Rəfiyev Qəndab xanımsız ona çətin olduğunu deyib:
“Onun yoxluğunu ən çox hiss edən mənəm. 32 il bir yerdə olmuşuq. Bir dəfə söz-söhbətimiz olmayıb. Həyat belədir... kaş Qəndab ölməyəydi. Onsuz mənə çox çətindi, bir kişi kimi əziyyət çəkirəm. Uşaqlarım gəlib-gedirlər, amma sonucda hər birinin öz ailəsi var. Övlad bir başqadır, həyat yoldaşı tam başqa. Olan mənə oldu, Qəndabsız necə yaşayacağam? Düzü, elə bilirəm onsuz yaşaya bilməyəcəyəm”.
Qeyd edək ki, xalq artisti Qəndab Quliyeva 2017-ci ildə dünyasını dəyişib.

Paylaş: