Məşhur stilistdən qaşını aldıran kişilərə ŞOK SÖZLƏR
Tarix: 8-10-2018, 10:52



Məşhurların stilisti Kamal Doğulu qaşını aldıran kişilərə irad bildirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, stilist dünən alış-veriş mərkəzində pərəstişkarları ilə görüşüb. Xüsusilə gənclərə bədənlərini tanımağı məsləhət görən K.Doğulu "Kişi adam qaşını almaz, üzünə nəmləndirici krem sürtməz" deyərək bir çox məşhura söz atıb.
Daha sonra o, "Aleynanın xəstəsiyəm. Rahat buraxın bu qızı", - deyə əlavə edib.
Doğulu seksual libasları ilə tez-tez gündəmə gələn Hadisə haqqında bunları deyib: “Hadisə fərqlidir. Demək ki, özünü o kostyumlar içində yaxşı hiss edir. Məncə, səhnə üçün gözəl geyinir. Səhnə kostyumlarını bəyənirəm".
Stilistin sözlərinə görə, türkiyəli ulduzlar arasında ən yaxşı geyinən qadın müğənni Gülşəndir. Kişi ulduzlardan isə o, qardaşı Kadir Doğulunun stilini çox bəyəndiyini ifadə edib.
Əsl peşəsinin saç və makiyaj ustası olduğunu dilə gətirən Kamal Doğulu sözlərinə belə davam edib: "Bu mövsüm ekranlarda olmayacağam. Bəlkə qarşıdakı mövsüm ola bilər. Televiziya məni çox yordu".

Paylaş: