"Qızımı idarəçi görmək istəyirəm"
Tarix: 7-08-2017, 12:10


Rəqqasə Fatimə Fətəliyeva qızını qorumaq üçün əlindən gələni etdiyini dilə gətirib.

BiG.AZ xəbər verir ki, rəqqasə “Xəzər Maqazin”ə müsahibəsi zamanı qızı Aydanı şər-böhtandan, reklamdan qorumaq üçün kameralardan uzaq tutduğunu dilə gətirib:

“Düzdür, İnstaqramda paylaşımlar olur. Ancaq ailəmi tam şəkildə paylaşmasam da, olur arada. Onu hər zaman qorumuşam. Qızımı idarəçi görmək istəyirəm. Məsləhət görmürəm tez evlənməyi, vaxtı, zamanı gələndə hər kəsin xəbəri olacaq. Özüm gənc yaşda qurdum, şirin dadı yoxdur. Məsləhətimə qulaq asaraq özü də deyir ki, “Birinci kariyeradır”. Demişəm ki, onun toyunda makiyaj etməyəcəm, onsuz da kövrəyəm, hamısı axıb gedəcək”.

Paylaş: