Hacı Nuran niyə hamı ilə şəkil çəkdirir?
Tarix: 5-10-2018, 12:02



Teleaparıcı Hacı Nuran Hüseynov sosial media hesabında paylaşdığı təbriklərə və şəkillərə görə bəzən qınaq obyekti olur. Onun sıravi bir işçidən tutmuş dövlət səviyyəsində xüsusi yer tutmuş vəzifəli şəxslərədək hamını təbrik etməsi və onlarla şəkil çəkdirməsi birmənalı qarşılanmır.
UlduzumSan.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı Hacı Nuran bildirib ki, insanları təbrik etmək onun hobbisidir:





“Hamının ad gününü təbrik etməyi xoşlayıram. Onlara da xoş olur. Bu, mənim hobbimdir. Harasa məclisə gedirəm, yadımda saxlayıram. Bir il sonra həmin adamı təbrik edirəm. O, adam şoka düşür. Nəinki ad günləri, toy günləri, ölüm tarixləri də yadımda olur”.

Paylaş: