"Hər bölümə 30 min istəyirəm" - Zümrüd
Tarix: 4-10-2018, 16:55



“Səhər oyandım, düşündüm ki, saçımın rəngini dəyişim. Dedim, elə bir şey etdirim ki, həm fərqli olsun, həm də əhvalımı qaldırım”.

Bu sözləri Axşam.az-a açıqlamasında aktrisa Zümrüd Qasımova deyib. Ötən gün saçlarını qırmızı rəngə boyaması ilə gündəmə gələn Qasımova imicini yenidən dəyişəcəyini söyləyib:

“Bu nədir ki... Yaşıl, göy və başqa rənglər olacaq”.
Heç bir serialda rol almayan Zümrüd bunun səbəbini açıqlayıb:

“Film, serial dəvəti olur. Ya senaridən xoşum gəlmir, ya da qane etməyən şərtlər olur. Bir də mənim üçün qonorar önəmlidir. Yaxşı qonorar verilməlidir. İstəyərdim ki, hər seriyaya 20-30 min verilsin. Bizdə bu real deyil. 

Heç olmasa, hər bölümə 5 min versinlər ki, razılaşım. Amma bizdə hardadı bu... Bizimkilər heç aya 5 min qonorar almır. İnanıram ki, nə vaxtsa, bizdə də bu gerçək olacaq”.

Paylaş: