“Bakıda bağ evim yoxdu, qaldı ki...”
Tarix: 4-10-2018, 15:57



“Mən həmişə incə olmuşam. Heç vaxt kök olmamışam. Bu yay dənizkənarı bölgələrdə qızımla istirahət etdim. Yəqin ki, okeanda çox üzmüşəm, buna görə 2-3 kq arıqlamışam. İndi istəyirəm ki, bir az kökəlim”. 
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında xalq artisti Məleykə Əsədova deyib. Məşhur aktrisa Şimali Amerikadakı istirahətindən, orada ev alması və qızını təhsil üçün Los-Angelesə göndərməsi barədə yayılan məlumatlara münasibət bildirib.
“Məleykə Əsədovanın heç Bakıda bağı yoxdur, qaldı ki, Amerikada evi olsun! Bizə yaxın Türkiyədir, orada da mənzilim yoxdur. Mən yaşamağı sevirəm, hər şey alıb kənara yığmaqdan xoşum gəlmir. Qızımın təhsili əsasdır. Onun təhsilli olmağı bizim var-dövlətimizdir. Fikrim qızımın üzərindədir və onu heç bir yerə tək göndərmərəm”. 





M. Əsədova serial və kinolardan uzaq gəzməsinin səbəbini də açıqlayıb: “Çox şükür ki, kino və serialların sayı artıb. Birinci obrazı sevməliyəm, daha sonra həmin iş tamaşaçıların ixtiyarına verilməlidir. İnanıram ki, vaxt gələcək, mən də bir obraz sevəcəm.  Mənə serial-filmlərlə bağlı çox təkliflər gəlir. Buradan onlara ad çəkmədən təşəkkürümü bildirirəm. Amma özümü tapdığım obraz olan zaman, serialda çəkiləcəm. Onu da deyim ki,  görünmək üçün işlər görmürəm. Şöhrətim kifayət qədərdir”. 





Paylaş: