Vergidən yayınan aktrisaya rekord cəza
Tarix: 3-10-2018, 12:40



Çində vergidən yayınan məşhur aktrisa Fan Bingbingə təxminən 884 milyon Çin yuanı (təxminən 130 milyon dollar) pul cəzası verilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Şinhua" agentliyi məlumat yayıb.
Çin Dövlət Vergi Administrasiyası və Ciangsu Vergi Bürosunun iyun ayında başlatdığı istintaqda məşhur aktrisa Fan Bingbingin real gəlirini gizlətmək və vergidən yayındığı ortaya çıxıb.
Aktrisa haqqında həbs cəzası verilməyəcəyi bildirilib.

Paylaş: