Brilliant Dadaşova Türkiyənin məşhur şirkəti ilə işləyəcək
Tarix: 3-10-2018, 10:11



Xalq artisti Brilliant Dadaşova Türkiyənin “Kemal Müzik Yapım & Menajerlik” şirkəti ilə işbirliyinə başlayıb. 
UlduzumSan.Az-ın məlumatına görə, bu haqda xəbəri şirkətin rəhbəri Kamal Aslan verib. O, Dadaşova ilə fotosunu paylaşaraq, yeni layihələrə başladıqlarını söyləyib.
B.Dadaşovanın köməkçisi isə əlavə edib ki, onların işbirliyi çərçivəsində yeni albom hazırlanacaq, mahnılar yazılacaq, kliplər çəkiləcək. Eyni zamanda müğənni Türkiyədə konsertlər də verəcək.

Paylaş: