Murat Dalkılıçın yeni sevgilisi kimdir?
Tarix: 2-10-2018, 17:12



Türkiyəli müğənni Murat Dalkılıç ilə eşq yaşadığı deyilən aktrisa Melis Sezen açıqlama verib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir müddət öncə aktrisa Hande Erçelden ayrılan Murat Dalkılıçın haqqında yeni iddialar ortaya çıxıb. Murat Dalkılıçın keçmiş sevgilisinin yaxın rəfiqəsi Melis Sezenle sevgili olduğu deyilir. Aktrisa bu iddialar haqqında öz İnstagram profilində açıqlama verərək “Murat Dalkılıçla haqqımda deyilən heç bir xəbərin əsası yoxdur. Biz Muratla sadəcə dostuq və yeni film çəkmişik, bu qədər” yazıb.
Qeyd edək ki, Murad Dalkılıç əvvəl aktrisa Merve Boluğurla evli olub, boşandıqdan bir-iki ay sonra isə Hande Erçelle sevgili olub.

Paylaş: