Efirdə dava: “Bu kimdir? İtdən-pişikdən…”
Tarix: 2-10-2018, 15:33



Space TV yayımlanan verilişdə qonaqlar arasında gərginlik yaşanıb.
Metbuat.az xəbər verir ki, qalmaqalları ilə gündəmə gələn gənc yazar Kəramət Böyükçöl bu dəfə də ənənəsinə sadiq qalıb. Onun meyxana sənəti barədə söylədiyi fikirlər söz ustası Mehman Əhmədlini qəzəbləndirib.
Gənc yazar çıxışının əvvəlində Azərbaycan cəmiyyətini ciddi sənət əsərləri ilə maraqlanmağa dəvət edib:
“Ciddi musiqilərə qulaq asın, kitab oxuyun. Bu meyxana ilə vaxtınızı öldürməyin. Meyxana nədir? Nə vaxtdan sənət olub? Meyxana xalq olaraq sizi uçuruma aparır. Bunlar sizin başınızı qatmaq üçündür…”
K.Böyükçöl çıxışını bitirməmiş Mehman Əhmədli onun bu sözlərinə münasibət bildirib. Meyxanaçı yazarın qalmaqal yaradaraq “reklam tutmaq” istədiyini söyləyib.
Verilişdə iştirak edən prodüser Anar Mədətov meyxana sənətinin folklor olduğunu dilə gətirib və Kəramət bəyin sözlərini tənqid edib. Gənc yazar isə çıxışının davamında meyxananın efirə buraxılmasının belə əleyhinə olduğunu və fikrini tamamlamaq istədiyini söyləyib.
Mehman Əhmədli isə “Bu kimdir belə? Belə fikirdə olan heç vaxt normal bir şey yaza bilməz. İtdən-pişikdən yazar… Üzbəüz məni təhqir edirsən, fikrini tamamlamağını istəyirsən?! Sən meyxanadan danışırsan, məni tanımırsan, hansı meyxanadan danışırsan?” - deyə K.Böyükçölə bildirib.

[media=https://metbuat.az/news/1035768]

Paylaş: