Röya Ayxan Türkiyə mediasında: "Tarixi binada “Röya” kimi klip"
Tarix: 2-10-2018, 09:45



Əməkdar artist, estrada ulduzu Röya Ayxan "Afaki" adlı yeni işi ilə Türkiyə mediasının gündəminə gəlib.

Bu gün isə Türkiyənin əksər saytlarının manşetlərini Röya Ayxan haqda yazılan "Tarihi binada “Röya”gibi klip" başlıqlı xəbərlər bəzəyib. UlduzumSan.Az  Millet qəzetinə istinadən həmin xəbəri təqdim edir: Röya, altıncı sinqlı "Afaki"ni musiqi sevərlərə təqdim edib.

Mahnının sözü  və musiqisi Oğuz Yılmaza, aranjmanı isə Alper Atakanın  imzasını daşıyır. Əməkdar artist türk mediasına mahnı ilə bağlı bu sözləri deyib: ""Mahnını ilk eşidəndə çox sevmişdim, klip də çox gözəl bir məkanda çəkildi. İki gün çox yorulduq, amma məncə bütün bu səylərə dəydi".

Qeyd edək ki, sözügedən mahnının ekran işi məşhur rejissor Orçun Mutluya həvalə olunub. Klipdə əsas qəhrəman obrazını qardaş ölkənin nüfuzlu "POLL Production" şirkəti ilə uğurlu əməkdaşlığını davam etdirən Röyanın özü canlandırıb.





Paylaş: