“Eşitsəm ki, Qarabağ alınıb...” - Xalq artisti ad günündə arzuladıığı hədiyyəni açıqladı
Tarix: 1-10-2018, 17:31



Bu gün xalq artisti Mənsum İbrahimovun ad günüdür.
Doğum günü təəsüratlarını AzNews.az-la bölüşən 58 yaşlı sənətkar iki gündür, edilən təbriklərin ardı-arası kəsilmədiyini deyib: “Ad günlərimi təmtəraqlı keçirməyi xoşlamıram. İki gündür, zənglər dayanmır, efirlərə dəvət alıram, tədbirlərdə çıxış edirəm. Bu gün səhər efirdəydim. Bir baxdım ki, 15 tələbəm efirdədir. Mənə sürpriz elədilər. Hazırda Sumqayıtda tədbirdəyəm. Ad günüm olmasına baxmayaraq, səhnədəyəm. Ənənəvi, olaraq hər il ad günümdə Ağdama gedirəm. Camaatla, əsgərlərlə görüşürəm. O torpaqdan güc alıram. Mən bu səsi o torpaqdan qazanmışam”.
Mənsum İbrahimov ad günündə arzuladığı hədiyyəni dilə gətirib: “Ad günümdə ən böyük hədiyyə Qarabağın işğaldan azad olmasıdır. Bundan böyük arzum yoxdur. Həyatımda çatışmayan tək Qarabağdır. Əgər mənə desələr ki, Qarabağ azad olunub, əlimdən nə gəlsə, edərəm. Doğulduğum torpaqdan böyük hədiyyə ola bilməz. Bu torpağı azad görmək istəyirəm”. 

Paylaş: