“O səs Türkiyə”nin münsifləri nə qədər qazanacaq?
Tarix: 1-10-2018, 16:23



Xəbər verdiyimiz kimi, “O səs Türkiyə” verilişi 8-ci mövsümünə start verilir. 
UlduzumSan.Az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yeni mövsümdən münsiflər dəyişiləcək. Belə ki, münsiflər kürsüsündə Gökhan Özoğuzu Bəyazıt Öztürk, Yıldız Tilbeni isə Seda Sayan əvəz edəcək.
Verilişin aparıcısı Acun Ilıcalı münsiflərə hər bölüm üçün ödəyəcəyi məbləği açıqlayıb. Ötən il 60 min türk lirəsi (təxminən 17 min AZN) qazanan münsiflər bu mövsüm 70 min lirə gəlir əldə edəcək.
Bəyaz isə digərlərindən fərqli olaraq 90 min lirə (təxminən 25 min AZN) qazanacaq.
Qeyd edək ki, proqramın ilk buraxılışı həftənin şənbə günü efirə gedəcək.

Paylaş: