“O kişiyə ar olsun” – Mehriban Xanlarova
Tarix: 1-10-2018, 16:19



Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yayılan bir qadının kişini ələ saldığı səs yazısından danışıb
Axşam.az-ın məlumatına görə, aktrisa “Pəncərə” verilişində bu cür hallara qarşı olduğunu söyləyib:
“Birincisi, o kişiyə ar olsun. Xanımda da günah görürəm. “Whatsapp”la kimdənsə iş istəyirəmsə, qarşı tərəfdən təbii ki, yaxşı bir şey gözləmək olmaz. Qadınla tanış olmağın yeni yaranan üslubudur. “Whatsapp”la kim işə qəbul olur? Məşğulluq idarələri var, ora müraciət etmək lazımdır. Mən onu edənə kişi belə deyə bilmirəm, kişi deyi o. Həmin kişinin də evində ailəsi var. Bu gün özü belə şey edirsə, sabah başqası bu hərəkəti ona edəcək.
Nə deyim. Mən də qadınam, mənim də başıma gələ bilər belə şeylər. Şüurumuzu işlətməliyik ki, belə səhvlər etməyək. Bunu qadınlar arasında ictimayiləşdirmək heç lazım deyil. Bu kimi sosial şəbəkələrdə dövr edən yalanlara inanmayın”.

Paylaş: