Yıldız Tilbenin Bakı konserti təxirə salınır? - Təşkilatçıdan AÇIQLAMA
Tarix: 1-10-2018, 16:11



Xəbər verdiyimiz kimi, türkiyəli məşhur müğənni Yıldız Tilbe ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək. 

İfaçı videomüraciətlə azərbaycanlı dinləyicilərinə səslənərək hər kəsi 13 oktyabr Bakı konqres Mərkəzində baş tutacaq konsertinə dəvət edib. 

Lakin bir neçə gün öncə Y.Tilbenin konsertinin ləğv olunacağı, biletlərin satılmadığı üçün ifaçının səhnəyə çıxmaqdan imtina etdiyi bildirilir. 

Məsələ ilə bağlı konsertin təşkilatçısı Turkay Kıztaş ilə əlaqə saxdıq. O, yayılan xəbərlə bağlı bunları deyib:

“Yayılan xəbərlər şaiyədir və həqiqəti əks etdirmir. Konsert ilə bağlı müqavilələr imzalanıb, ödəniş həm ifaçıya həm də müğənniyə edilib. Onun Bakıya gəlib-getməsi, qalacağı otel hətta gedəcəyi restoranlar belə bəllidir. Bu fikirlərin yaranmasına səbəb, yəqin ki, bundan öncə təxirə düşən Demet Akalının konserti olub. 

Yıldız Tilbe azərbaycanlı dinləyicilərinə yüksək qiymət verir. Biz bu tədbiri daha kiçik məkanda həyata keçirə bilərdik, amma Yıldız xanım özü məzh Bakı Konqres Mərkəzini seçdi ki, daha çox sevəni orada iştirak edə bilsin. 

Bir daha qeyd edirəm ki, yayılan xəbərlərə əhəmiyyət verməyin. Konsert hazırlıqları tam sürətlə davam edir”.

mənbə: news24.az

Paylaş: