Faiq Ağayev 6 illik fasiləyə son qoydu – “Gözüm dəyməsin sənə»
Tarix: 1-10-2018, 16:00



Bu gün "CinemaPlus Gənclik Mall"da xalq artisti Faiq Ağayevin "Gözüm dəyməsin sənə" mahnısının klipi təqdim olunub.
AzNews.az-ın verdiyi məlumata görə, təqdimatda xalq artisti Murad Dadaşov, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov, Ramil Nabran, mediya nümayəndələri və başqaları iştak ediblər.
Faiq Ağayev bidirib ki, son klipi altı il əvvəl "Əlvida" mahnısına çəkilib: “Altı illik fasilədən sonra yeni bir kliplə görüşünüzə gəldik. Klipdə yazıçı Nərminə Məmmədzadə, Murad Dadaşov, Tünzalə Ağayeva və başqaları çəkilib. Onlara təşəkkürümü bildirirəm. Bu klip üçün yeni iş birliyinə girdim. Bu "Grifon" rəqs qrupu oldu. Fürsətdən istifadə edib qrupun rəhbəri Şahin Hüseynova və klipin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Klip iki yerdə çəkilib. "Gözüm dəyməsin sənə"ni bu gündən etibarən Mtv, də ayın altısından etibarən mənim Youtube kanalımda yayımlanacaq".
Qeyd edək ki, klipin rejissoru Nail Naiboğlu, ssenari müəllifi Aleks Anişenko, operator Delee, montajçı Əhməd Əli, rəng korreksiyası Emin Muradov, səs rejissoru Teymur Abdullayevdir. Klip 27-30 uyun tarixlərində Bakıda çəkilib.
Çəkiliş müddəti ümumilikdə 29 saat, klipin istehsalı isə bir ay təşkil edib. "Gözüm dəyməsin sənə" mahnısının sözləri Cavid Şahbazbəyova, musiqisi Nadir NağdPula məxsusdur.

Paylaş: