"Əgər istəsəm, uşaq doğacam" - Dilarə
Tarix: 1-10-2018, 15:50



"Estetik əməliyyat etdirməmişəm. Deyirlər burnunu kəsdir. Amma nə olub mənim burnuma? Hamı etdirir, bir-birinə oxşayır”.
 
GoldNews.Az xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova "X maqazin”ə açıqlamasında deyib. Plastik əməliyyat etdirmədiyini bildirən sənətçi buna pis baxmadığını söyləyib.
 
 
Dilarə "Nikahdankənar uşaq dünyaya gətirərsiniz” sualına belə cavab verib:
 
"İnanıram ki, istədiyim adam rastıma çıxacaq və mən uşaq doğacam. Həyatımızda nələr olduğunu bilmirik. Necə deyirlər, "Gülmə qonşuna, gələr başına". Amma əgər istəsəm, uşaq doğacam. Əsas mənim nə istəməyimdir”.

Paylaş: