"Evimdə yatıb, corabımı geyinən..." - Niyamla Ramal qalmaqalı böyüyür
Tarix: 1-10-2018, 15:03



"Pərdəarxası başqa bir söz var idi. Onu mənə Kərim dedi. Buna görə aqressiya yarandı məndə. Şəklini atdım. Rəhim mənim şəklimi atmışdı ki, bu sənin cəzandır. Mən Rəhimə nə dedim? Müğənni nəsə danışmalıdır ki, şou olsun. O da ciddi qəbul etmişdi. İstəyirlər ki, tamaşaçı mənim aqressiv üzümü görsün. Amma lazım deyil. Arsız insan deyiləm. Arsızcasına münasibət saxlaya bilmərəm. Verilişə görə susub keçirəm. Dilim Allahdan başqa heç kimi yanında qısa deyil".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Niyam Salami həmkarı Ramal İsrafilovun ünvanına deyib. "ATV maqazin onlarla"ya açıqlama verən sənətçi aralarındakı qalmaqaldan bəhs edib:
"Camaatın anası, bacısı heç evində yemək bişirə bilmir. Qəzaya düşəndə Rəhimlə danışdıq, dedim gəlmə. Gəlmişdi qəza olan yerə ki, görsün necəyəm. Maşında mənimlə duz-çörək kəsən, evimdə yatan, corabımı geyinən adamlar oturmuşdu. Özü düşməmişdi maşından. Hanı mənim duz-çörək kəsdiyim adamlar? Bəlkə mənim başım iki yerə bölünmüşdü. Bir az da zəhərimi Rəhimə tökdüm. İnciklik oldu. Məni yandıran elə insanlar olub. Hələ sən Rəhimin yerinə gəl çıx...".

Paylaş: