Hülya Avşar tennis oynadı – yığılan pullar kasıb tələbələrə veriləcək
Tarix: 1-10-2018, 11:09



Türkiyəli məşhur aktrisa Hülya Avşar tenis oynayıb.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bursa vilayətində 22-30 sentyabr tarixində Hülya Avşarın şərəfinə tennis turu keçirilib. Matçın son günü korta çıxan Hülya Avşar tennis oynayıb. Oyun zamanı yağış yağsa da, aktrisa oyunu yarım buraxmayıb. Həm tennis oynayıb, həm də izləyiciləri üçün rəqs edib.
Qeyd edək ki, tennis turundan əldə olunan gəlirlə maddi vəziyyəti yaxşı olmayan 30 tələbəyə təqaüd veriləcək.



image description
image description



Paylaş: