Xoşqədəm anasını itirən Zəhra üçün kömək istədi, Şəbnəm studiyaya gəldi
Tarix: 29-09-2018, 11:27



Aparıcı Xoşqədəm Hidayətqızı ötən gün verilişində 4 yaşında anasını itirən Zəhra üçün kömək istəyib.

BiG.AZ xəbər verir ki, aparıcının bu çağırışına müğənni Şəbnəm Tovuzludan cavab gəlib. Xanım ifaçı verilişə gələrək Zəhraya yardım əlini uzadıb. 

O, nənəsi ürək çatışmazlığından əziyyət çəkən, atası işsiz olan, hazırda kirayədə qalan azyaşlı qıza maddi köməklik göstərib. X.Hidayətqızı Şəbnəmin bu addımını alqışlayıb:

"Sən mərd qadınsan, Şəbnəm. Bir çoxlarından fərqli olaraq çağırışımızı cavabsız qoymadın, Zəhraya yardım əlini uzatdın. Sən çox ürəyi təmiz, kişi kimi qadınsan".

Qeyd edək ki, müğənni Ş.Tovuzlu xeyirxah əməlləri ilə tanınan məşhurlardandır. Belə ki xanım ifaçı bir müddət bundan əvvəl leykoz xəstəliyindən əziyyət çəkən 4 yaşlı Nəzrin Qocayeva üçün xeyriyyə tədbiri həyata keçirmiş, 10 min manat məbləğində köməklik etmişdi.


Xoşqədəm anasını itirən Zəhra üçün kömək istədi, Şəbnəm studiyaya gəldi - VİDEO

Xərçəng xəstəliyindən əziyyət çəkən və mənzilinin ipotekası üçün pul toplayan əməkdar artist Tünzalə Əliyevaya 1000 manat məbləğində pul verib.

Ş.Tovuzlu Qocalar evində verdiyi konsertlərlə də hər kəsi sevindirməyə çalışıb.

Paylaş: