“Biri Türkana qoluşub, digəri “banda” yaradıb, Namiq Qaraçuxurlu meyxana demir”-Vüqardan SƏRT SÖZLƏR
Tarix: 28-09-2018, 15:39



“Bütün meyxanaçılara səslənirəm. Namiq Məna, adını “Bədiyyə” qoyub ayrı partiya yaratma! Mehman Əhmədli “Əhmədli” məktəbi qurma. Ağa Mirzə böyüyəm deyib kənara çəkilmə. Ayıbdır, meyxana sənəti məhv olacaq”. 
Primetime.az xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdulov  “ATV şou” verilişində qonaq olarkən söyləyib. O öz həmkarlarını birliyə səsləyib:
“Necə olur ki, Vüqar müğənnilərlə, bəstəkarlarla, aktyorlarla həmfikir olub iş görə bilir. Sizin hər biriniz ayrı-ayrı toya, çadıra, xıymaya çəkilmisiz. Ortaya çıxacaq bir meyxanamız yoxdur. Biri Türkana qoluşub, digəri “banda” yaradıb. Bunun axırı yoxdur. Namiq Qaraçuxurlu, niyə meyxana demirsən? Kim səni təhqir edir?”

Paylaş: