Ani Lorakın əri ilk dəfə ayrılıq xəbərini təsdiqlədi
Tarix: 27-09-2018, 15:31



İyulda Ani Lorakla türkiyəli iş adamı əri Murad Nalçacıoğlu arasında qalmaqal yaşanıb. 

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Lorak ərinin ona xəyanət etdiyini öyrənib. Muradın klubda başqa qadınla çəkilən fotoları günlərlə gündəmdən dü.məyib. 

Bu haqda heç vaxt açıqlama verməyən Lorak bildirib ki, xəyanəti bağışlamağı bacarmır. 

Bu günlərdə isə Murad ilk dəfə hadisə ilə bağlı açıqlama verib. O, xəyanət və ayrılıq xəbərini təsdiqləyib. 40 yaşı tamam olan Anini təbrik edən Murad bunları yazıb:

"Mənə dünyanın ən gözəl hədiyyəsi olan qızım Sonikanı bəxş edən, mənim sərhədsiz sevgim... Ad günün mübarək, mənim sonsuz sevgim. Sənə sağlam, xoşbəxt, uğurlu olmağı diləyirəm. Birlikdə olsaq da, olmasaq da sən mənim üçün yeganəsən".

Paylaş: