Könül Kərimovaya qarşı dələduzluq edən qadının məhkəməsində sabiq məmur ifadə verdi
Tarix: 27-09-2018, 15:22



Müğənni Könül Kərimovaya qarşı dələduzluq etməkdə təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam edib.
Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə zərərçəkmiş qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin sabiq əməkdaşı Rəsul Quliyev ifadə verib.
Şahid qeyd edib ki, 2011-ci ildə M.Məmmədovaya Hərbi Komsarlıqda işə düzəltmək adı ilə 180 min manat pul verib: "Lakin sonradan o, pulu geri qaytardı. Daha əvvəl Müdafiə Nazirliyində çalışırdım. Pulu Məlahət xanıma verən zaman pensiyada idim”.
Məhkəmə noyabrın 4-də davam edəcək.
Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var. 

İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədi verib.

O, bu işə görə, K.Kərimovadan ümumilikdə 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

Paylaş: