Cennifer Lopezdən əzələli bədən nümayişi
Tarix: 27-09-2018, 10:48



Dünyaca məşhur müğənni Cennifer Lopez sosial şəbəkə paylaşımı ilə gündəm olub.
Belə ki, 49 yaşlı ifaçı qırmızı libas geyinərək qol əzələlərini nümayiş etdirib. Fotosunu “Instagram” hesabında paylaşan Ceylo “Bu gecəki şoudan sonra özümü super qadın kimi hiss edirəm” yazıb.
Müğənninin əzələləri sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bəziləri bunu ona yaraşdırmasa da, digərləri uzun illər idmanla məşğul olduğu üçün müğənninin görünüşünü normal hesab edib.




Paylaş: