Samirə və Əli ayrıldı - Efirdə kövrəldilər
Tarix: 25-09-2018, 18:12



Aşıq Samirə Əliyeva və Əli Tapdıqoğlu “Şou ATV” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Nanə Ağımalıyeva studiyada xalq artisti Flora Kərimovanın “Bilməzdim” mahnısını səsləndirərək, onları səhnəyə dəvət edib. Mahnını dinləyən aşıqlar kövrəlib. Nanə isə onlara “Ayrılırsınız” sualını verib.

Gözləri yaşaran Samirə isə bu xəbəri inkar etməyib:

“Mən də, Əli də etiraf edirik ki, son zamanlar toya da tək çağrılanda, oxumaq istəmirik. Amma müəyyən səbəblər var ki, üstünlüyü tək oxumağa verməliyik. Dueti tamam bitirmirik. Ona görə kövrəldim ki, bizim duet başqa idi. Bizdən bir də gəlməyəcək”.

VİDEO BURADA​​​

Paylaş: