Rza Zərrab və Ebru hoteldə dalaşdı - Qonaqlar şikayət etdi
Tarix: 25-09-2018, 16:52



Türkiyənin məşhur müğənnisi Ebru Gündeş ötən həftə qızı ilə birlikdə Nyu-Yorka yollanıb.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, sənətçi həyat yoldaşı, Amerikada Federal Təhqiqat Bürosunun (FBİ) himayəsi altında yaşayan məşhur iş adamı Rza Zərrabla bir araya gəlib.
Cütlük Manhettendə ən lüks hotel "Four Seasons"da görüşüb, lakin bir müddət sonra mübahisə ediblər. 29-cu dairəyə yaxın otaqlar yüksək səsə görə rəsmi qəbula şikayət edib.
Bu gün Nyu-Yorkdan İstanbula qayıdan Ebru Gündeşin pasport əməliyyatlarından sonra jurnalistlərə görünmədən Atatürk Hava Limanından çıxdığı öyrənilib.

Paylaş: