Demet boşandı, Bakı konserti ləğv olundu - “Kimdən qorxduz?”
Tarix: 25-09-2018, 12:20



Türkiyənin məşhur pop ulduzu Demet Akalının 29 sentyabrda Bakı Konqres Mərkəzindəki konserti ləğv olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Akalın instaqram səhifəsində məlumat verib. 
O, bununla bağlı təşkilatçıları günahlandırıb: “Sorğusuz, sualsız Bakı konsertimi ləğv edən təşkilatçılar, kimdən qorxdunuz?”
Bu məqamda bildirək ki, “iticket.az” saytında da konsertin afişası yığışdırılıb və biletlərin satışı dayandırılıb. 

“Qafqazinfo” mövzu ilə bağlı konsertin təşkilatçısı “ModaOl” şirkəti ilə əlaqə saxlayıb. Şirkətin rəsmisi Sürət Ağayevin konsertin bilet satışları ilə bağlı ləğv olunduğunu bildirib:
“Sentyabr ayının 13-də Demet Akalının özəl həyatında baş verən hadisələr bizim bilet satışımıza kəskin təsir göstərdi. Bunu nəzərə alaraq  baş sponsor kimi geri çəkildik. Əməkdaşlıq etdiyimiz Türkiyədəki şirkət də Demet Akalınla bağlanan müqaviləni ləğv etdi. Xatırlayırsızsa, afişalarda Okan Kurt və Demet Akalının bir səhnəyə çıxacağı qeyd olunmuşdu. İnsanlarda şübhə yarandı ki, Demet ayrıldıqdan sonra Bakıya gəlməyə də bilər. Həmçinin, Okan Kurtun külli miqdarda borcu olduğu üçün ölkədən çıxışına qadağa qoyuldu və onun Bakıya gəlişi ləğv olundu. Bu da bilet satışına təsir göstərdi”. 




Paylaş: