Kadir İnanır Şahan Gökbahar və Cem Yılmazı tənqid etdi
Tarix: 25-09-2018, 09:47



Aktyor Kadir İnanır “Kapı” filminin təqdimatına hazırlaşır.
“Ölkə.Az” xəbər verir ki, Kadir komediya ustaları Cem Yılmaz və Şahanı tənqid edib: “Kino komediya ustalarının imiş, bu iki nəfər xilas edəcəkmiş”.
Komediya ustaları haqqında danışan İnanır deyib:
“Bir neçə gün əvvəl bir qəzetdə oxudum, kino onlarlıq imiş. Sevərim hər ikisini, amma xilas etmək onlarlıqdır? Bu dövrdə film çəkmək qəhrəmanlıqdır”.
Bir çox filmdə kamera qarşısına keçən sənətçi əlavə edib: “50 ildir bu sahədəyəm və hələ də qarşınızdayam. Bu komediya ustaları müəyyən məşhurlarla çalışırlar. Onlarla işləməsinlər demirəm, əsas peşə sahiblərini heçə saymaq doğru deyil. Biz o köhnə filmləri çəkəndə yollarda anamız ağladı, hər şey burnumuzdan gəldi”.

Paylaş: